SON DƏQİQƏ

Bioloji övladı olan 19 nəfərlə görüşdü

Tarix:19-09-2017, 22:06

57 yaşlı amerikalı rəssam Maykl Rubino 19 övladı ilə görüşüb. Lenta.ru saytının xəbərinə görə, bu uşaqlar onun donorluğu - süni mayalanma ilə hamilə qalan qadınlar dünyaya gətirib. Rubino etiraf edib ki, sperm bankasında donor olduğu vaxt ümid edirmiş ki, bioloji atası olduğu övladlardan ikisi və ya üçü ilə nə zamansa görüşəcək: “Amma mən onların hamısını görər-görməz çox sevdim”.

Onun bioloji övladlarından ən böyüyü 21, ən kiçiyi isə 16 yaşında olub. Uşaqlardan 11-i ataları kimi göy gözlüdür. Onların anaları isə ABŞ-ın 10 ştatında, eləcə də Böyük Britaniyadakı Kayman adalarında yaşayıb. Rubino uşaqlarının fotolarını öz qonaq otağında saxlayır. Rəssam iddia edir ki, maddi səbəblərə görə donor olmayıb. Onun məqsədi sonsuz cütlüklərə yardım etmək olub. Hər dəfə bu jestinə görə ona 50 dollar ödəyirdilər. Amma o, sözügedən məbləği xeyriyyə məqsədilə xərcləyirdi. Rubino sperma bankındakı anketdə qeyd edib ki, özünün kontakt informasiyalarını saxlamaq istəmir və əgər uşaqları gələcəkdə onu axtarıb tapsa, onlarla görüşməkdən imtina etməyəcək. The Orange County Register nəşri yazıb ki, bioloji övladlarından birinin anası ilk dəfə 2004-cü ildə onunla əlaqə yaradıb. Həmin vaxt uşağın 6 yaşı var imiş. Rubino qadına kömək edib, oğlunu məktəbə aparıb, daha sonra isə onlarla bir evdə yaşamağa başlayıb.

2016-cı ildə isə Avstraliya sakini olan bir qadın öz sperma donoruna ərə gedib və onunla necə qarşılaşmaları barədə kitab yazıb.

 

Sonxeberler.info

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN