SON DƏQİQƏ

Paltar həvəskarından qəribə jest

Tarix:15-09-2017, 08:31

Avstraliyada yaşayan Mari Saba adlı qadın paltarlara qarşı olan marağı ilə tanınır.

 

Gənc qadın bir il ərzində 365 yeni paltar alaraq hər kəsi şoka salıb. 26 yaşlı qadın 1 il ərzində 365 paltar alacağı haqda özünə söz verib. Bundan sonra hər gün yeni bir paltar alıb. Nəhayət, bir ilin sonunda 365 ədəd paltara sahib olub. O geyindiyi qeyri-adi paltarlarla işə gedib, avtobusa minib və əyləncə məkanlarında olub. İlin sonunda isə böyük bir əyləncə gecəsi təşkil edib.

 

Mari Saba paltarlarını dostlarına hədiyyə edib. Mari hər birini 400 dollara aldığı paltarları dostlarına payladığı üçün xoşbəxt olduğunu dilə gətirib.

 

Sonxeberler.info

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN