Çinin paytaxtı Pekində, içərisində yüzlərlə süni maneələr olan küçə yaranıb. Bu, maşınların hərəkət sürətini azaltmaq üçündür.
Onlara el dilində “uzanan polislər” deyilir. Bu barədə lenta.ru saytı “Global Times” saytına istinadən xəbər verir. Nəşr öz Tvitter səhifəsində şəhərin cənub-qərbində həyata keçirdiyi çəkilişi yayımlayıb. Küçənin bir kilometrlik hissəsində hər yarım metrdən bir “uzanan polislər”ə rast gəlmək olur. Yük maşınları, motosikletlər çoxsaylı əngəlləri aşırlar, bu zaman da xeyli manevr etmək zorunda qalırlar. Bu qədər çoxlu sayda məhdudiyyətin olmasının səbəbi isə bəlli deyil.
2016-cı ildən Çində qarşı tərəfdən gələn sürücüyə mane olaraq, uzaq işıqlarını yandıran şəxslərə qarşı xüsusi cəza nəzərdə tutulub. Bu pozuntuya yol verib saxlanılanları maşın qarşısında otuzdurub, faraları son həddə qədər yandıraraq, bir dəqiqə boyunca ona baxmağa məcbur edirlər. Ümumiyyətlə, Çin nəqliyyatında bu cür cəza metodlarına zaman-zaman rast gəlmək mümkündür.
Sonxeberler.info