Avqustun 23-ü Yol Polisi tərəfindən Yasamal rayonu kənar dairəvi yolda Seymur Hənifəyevə idarə etdiyi “VAZ 2107” markalı avtomobilin konstruksiyasında dəyişiklik edildiyi üçün “saxla” əmri verilib.
ARB TV xəbər verir ki, ancaq sürücü əmrə tabe olmayaraq hərəkətə davam edib.
Dəfələrlə edilən çağırışlara baxmayaraq ictimai qaydanı və əhalinin dincliyini pozan HənifəyevLökbatan qəsəbəsində süni tıxac yaradılaraq saxlanılıb.
Seymur Hənifəyev – Avtoxuliqan: “Bağışlayın. Özümü günahkar bilirəm”.
Yasamal rayonu məhkəməsinin qərarı ilə Seymur Hənifəyevin nəqliyyat vasitələrini idarə etmək hüququ 1 il müddətinə məhdudlaşdırılıb. Özü isə 15 gün müddətində inzibati həbs edilib.