SON DƏQİQƏ

Mumbayda mavi rəngdə itlər peyda olub

Tarix:23-08-2017, 15:42

Mumbayın küçələrində dolaşan mavi rəngdə küçə itləri görən hər kəsi təəcübləndirib. Məlum olub ki, itlərin mavi rəngdə olmasına səbəb çaya axıdılan təmizlənməmiş sənaye tullantılarıdır.

“Hindistan Times” qəzetinin verdiyi məlumata görə mavi itlər ilk dəfə avqustun 11-də küçələrdə dolaşıblar. Gələn şikayətlər üzrə hərəkətə keçən Maharaştra Çirklənməyə qarşı Nəzarət İdarəsi Kasadi çayını yoxlayıb. Aparılan araşdırmadan sonra məlum olub ki, itlərin mavi rəngdə olmasına səbəb məhz bu çaya axıdılan fabrik tullantılarıdır. İtlərin çayda üzdükləri bildirilir.

Heyvanları Müdafiə Komitəsinin başqanı Arati Çauçan qeyd edib ki, təxminən beşdən çox belə itə rast gəlinib və dərhal Nəzarət Komitəsinə şikayət edilib. “Taloca sənaye bölgəsində çirklilik nəinki insanlara, həm də heyvanlara, quşlara, sürünənlərə, ümumiyyətlə bütün ətraf mühitə zərərli təsir göstərir” – o, vurğulayıb.

İtlərin çaya axıdılan sənaye tullantıları səbəbi ilə mavi rəngə boyanması təsdiq edildikdən sonra ətrafdakı fabriklər bağlanıb.

Kasadi çayı ətrafında yüzlərlə fabrik fəaliyyət göstərir. “Watchdog Foundation” qeyri-hökumət təşkilatının verdiyi məlumata görə buraya 977 kimyəvi, dərman, maşınqayırma və ərzaq fabrikləri daxildir.

 

Sonxeberler.info

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN