Böyük Britaniya parlamentinin Big Ben zəngi dörd il müddətinə çalınmayacaq. Big Ben hər gün Qrinviç saatı ilə 12-də 12 dəfə zəng çalır. İlk dəfə Big Ben 1859-cu ildə çalınıb.
Sonxeberler.info BBC-yə istinadən xəbər verir ki, Big Benin çalınmamasının işçilərə Viktoria saatı və saat qülləsinin təmir-bərpa işlərini yerinə yetirmək üçün lazım olduğu bildirilsə də, bəzi qanunvericilər bu qərarı tənqid ediblər. Onlara görə Big Ben Britaniya demokratiyasının simvoludur və o susdurula bilməz.
Leyborist deputat Stefen Pound bildirib ki, o, bir neçə başqa deputatla birlikdə saat qülləsinin altında dayanacaqlar ki, sonuncu səsləri eşitməyə şahid olsunlar.
Big Ben bundan əvvəl 2007-ci ildə təmir işlərinin aparılması ilə əlaqədar susdurulmuşdu. Lakin bu dəfə alınan qərar uzunmüddətlidir. Big Ben zəngi 2012-ci ilə qədər təmir işləri bitənədək susdurulacaq. Bu müddət ərzində zəng yalnız xüsusi günlərdə, məsələn, Yeni İl bayramında çalacaq.
Sonxeberler.info