SON DƏQİQƏ

Amerikalılar Günəş tutulmasına hazırlaşırlar

Tarix:21-08-2017, 13:55

Çox qısa müddətliyinə ABŞ-da gündüz gecəyə dönüşəcək. Böyük və balaca heyvanlar gecə həyatlarına dönəcəklər. Ulduzlar və planetlər görünəcək, küçələr işıqlandırılacaq.

NASA-nın verdiyi məlumata görə, ABŞ-da bundan əvvəlki Günəş tutulması 40 il bundan əvvəl  - 1979-cu il fevral ayının 29-da olub. Ondan əvvəl isə 2 iyun 1918-ci ildə, 99 il qabaq Günəş tutulması baş verib.

Nadir təbiət hadisəsini izləmək üçün amerikalılar planlarını öncədən qurmağa başlayıblar. Kimisi iş yerindən artıq icazəsini alıb, kimisi görüşlərini təxirə salıb. Günəş tutulması müşahidə edilə biləcək bar və restoranları da artıq iş planlarını ona görə qurublar.

Lakin Nyu-York, Los-Anceles, Hyuston, Çikaqo və ya Atlantada nisbətən qaranlıq müşahidə ediləcək. Amerikanın şimalı yarım günəş tutulmasına şahidlik edəcək.  

Tam Günəş tutulmasının müşahidə edilə bildiyi yol zolağında təxminən 12 milyon amerikalı yaşayır. NASA məlumat verir ki, bölgəyə 1 milyon ziyarətçinin gəldiyi təxmin edilir. Rəsmilərin verdiyi məlumata görə, Günəş tutulmasından əvvəl və sonra tıxacların olacağı ehtimal edilir. Bütün astronavtlar insanlara “nadir təbiət hadisəsini izləmək şansını itirməyin” deyir.

Günəş tutulması necə baş verir?

Tam Günəş tutulması zamanı Ay və Günəş Yerdən eyni məsafə üzrə uzaqlıqda olurlar. NASA-nın verdiyi məlumata görə, bu, bir növ “səma toqquşması”dır. Belə ki, Günəş Aydan 400 dəfə daha geniş və 400 dəfə daha uzaq məsafədə olur. Sonrası isə bəsit geometriyadır. Yerə doğru Ay və Günəş eyni xəttdə olurlar, Ay Günəşin önünü əngəlləyərək, Günəş şüalarının Yerdə əks olunmasının qarşısını alır və beləliklə də Günəş tutulması baş verir.

Ayın kölgəsi birinci Qərb sahilində Amerika saatı ilə 9.05 radələrində olacaq.  İlk olaraq ABŞ-nin Oreqon ştatına aid Linkoln şəhərinin sakinləri tam Günəş tutulmasını müşahidə edəcəklər. Günəş tutulması ən uzağı 7 dəqiqə çəkir. Ən uzun tutulma İllinoys ştatına aid Karbondeyl bölgəsində müşahidə ediləcək. Burada Günəş tutulması Amerika saatı ilə günorta 01.20 radələrində olacaq. Tutulmanın iki dəqiqə 43 saniyə sürəcəyi gözlənilir.

ABŞ-da növbəti Günəş tutulması 24 aprel 2024-cü ildə baş verəcək.

Sonxeberler.info

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN