Rusiyanin Nijni Novqorod şəhərində fəaliyyət göstərən tikinti şirkətlərindən biri işə pişik götürəcəyi ilə bağlı elan verib.
Virtualaz.org yerli mətbuata istinadən xəbər verir ki, işə götürüləcək pişiyin aylıq maaşı 20 min rubl təşkil edəcək. Bunu onun sahibi nağd, yaxud zoomağazaya sertifikat şəklində ala bilər.
İşə götürüləcək pişiyin vəzifəsi, Rusiyada mövcud olan adət-ənənəyə müvafiq olaraq, yeni ev almış şəxslərin mənzillərinə onlardan əvvəl daxil olmaq və mənzil sahiblərinə mebelləri düzmək üçün ən uyğun yeri işarə etməkdir.