Avstraliyanın ikinci böyük şəhəri Melburn yenə də dünyanın ən yaşanılası şəhəri seçilib.
Sonxeberler.info xarici mediaya istinadən xəbər verir ki, yaşanılacaq şəhərlər siyahısında ən axırıncı yerin sahibi isə Suriyanın paytaxtı Dəməşq şəhəri olub.
Melburn 97.5 balla birinci yerin sahibi olub. Melburn 97,4 balla Avstriyanın Vyana, 97,3 balla Kanadanın Vankuver, 97,2 balla Toronto və 97.2 balla Kalqari şəhərləri izləyib. Avstraliyanın Adelaide və Pert, Yeni Zelandiyanın Auckland, Finlandiyanın Helsinki şəhərlərini isə 10-cu sırada Almaniyanın Hamburq şəhəri “təqib edib”.
Araşdırmanın ən az yaşanacaq şəhərlər siyahısında isə mövcud şiddət ortanı səbəbi ilə ötən ilki siyahı ilə bənzər bir mənzərə ortaya çıxıb. Suriyanın paytaxtı Dəməşq, aldığı 30.2 balla 140-cı sırada yer aldığı üçün dünyanın ən yaşanılmaz şəhəri seçilib.
Ondan öncə isə növbə ilə 47,8 xalla Ukraynanın Kiyev, 44 xalla Kamerunun Douala, 42,6 xalla Zimbabvenin Harare, 40,9 xalla Pakistanın Karaçi, 40,9 xalla Əl Cəzair, 39,6 xalla Port Moresby, 38,7 xalla Bangladeşin Dakka, 36,6 xalla Liviyanın Trablus, 36 xalla Nigeriyanın Laqos şəhəri sıralamada yer alıb.
Araşdırmada şəhərlərə fərqli sahələr üzrə bal verilir və ümumilikdə ən çox bal alan 140 şəhər bir-biri ilə müqayisə edilir. Buna görə şəhərlər səhiyyə xidmətləri (%20), mədəniyyət və təbiət (%25), təhsil (%10) və potensial (%20) sahəsindən aldıqları ballarla dəyərləndirilir. Ən yüksək xala sahib olan şəhərlərin, əsasən inkişaf etmiş ölkələrin əhali sayına görə orta statistikaya sahib şəhərlər olduğu diqqət çəkir.
Bu şəhərlər cinayət faizini artırmadan və potensiallarına həddən artıq yükləmədən vətəndaşlarına bol şəkildə seçimlər təqdim edə bilir. Böyük şəhərlər isə hər nə qədər mədəni tədbirlər, nəqliyyat imkanları və əhalinin yerləşməsi baxımdan önə çıxsa da, sıralamada çox xal alanlardan geridə qalır.
Siyahıda eyni zamanda son illərdə meydana gələn terror hadisələri və qlobal problemlərin davam etdiyinə diqqət çəkərək, bu neqativ auranın Avstraliya, Banqladeş, Belçika, Fransa, Pakistan, İsveç, İngiltərə və ABŞ kimi ölkələrin xalına təsir göstərdiyi qeyd olunub. Terror hadisələrinin intensivləşdiyi və yayıldığına işarə vurulan sənəddə eyni zamanda qeyd edilib ki, İraq, Liviya, Suriya və Türkiyə “şiddətli daxili qarışıqlıq və silahlı çatışmaların yaşandığı” ölkələr arasındadır.
Mətin, Sonxeberler.info