Britaniyanın Noric şəhərindəki müqəddəs Tomas kilsəsinin yanında pivəxana açılacaq.
Bu ideyanın müəllifi kilsənin sahibi İan Dubla məxsusdur. Xəbərdə qeyd olunur ki, kilsə 650 min dollar məbləğindəki pivəxananı satın alıb. Keşişin sözlərinə görə, seminar vaxtı bu ideya ağlına gəlib. “İnsanların kilsəyə marağı get-gedə itir. Biz bu üsulla əhaliyə daha yaxın olmağa çalışırıq”.
14 avqustda açılması nəzərdə tutulan pivəxananın adı The Mitre olacaq. Dublun sözlərinə görə, pivəxana gündüz saatlarında açıq olacaq. Bundan başqa, sözügedən müəssisə toy və əyləncə xarakterli digər tədbirlərin keçirilməsi üçün uyğundur. Britaniyalı ümid edir ki, gələnlər burda spirtli içkinin qəbuluna həssaslıqla yanaşacaq və müəssisəni ziyarət etməkdən zövq duyacaqlar.
Sonxeberler.info