Melburn şəhərindəki “Handsome Her” adlı kafedə kişi müştərilər üçün qiymət qaldırılıb. Bunda məqsəd qadın əməyinin qeyri-bərabər qiymətləndirilməsini kompensasiya etmək olub. Sözügedən kafeyə gedən kişilər 18 faiz daha artıq ödəmək zorundadılar. Bu Avstraliyada qadınlarla kişilərin məvacibi arasındakı fərqə bərabərdir. Ölkənin dövlət statistika bürosunun açıqlamasına görə, 2015-ci ildə kişilər qadınlardan 17.25 faiz artıq maaş alıblar.
Kafe sahibi Aleks Obrayenin sözlərinə görə, o, ölkədəki qeyri-bərabər məvacib durumuna diqqət çəkmək istəyib. “Mənim xoşuma gəlir ki, bu kafeyə girən kişilər bir daha bu qeyri-bərabərlik haqqında düşünmək zorunda qalırlar”.
Obrayen deyib ki, ziyarətçilərin reaksiyası pozitiv olub. 18 faiz artımdan əldə olunan gəlir xeyriyyə qurumlarına yönəldilir. Bu isə Avstraliyanın qədim sakinlərinə və onların uşaqlarına yardım edib. BMT-in 2015-ci ildə dərc edilən hesabatında da qeyd olunub ki, ümumən qadınların orta aylıq məvacibi kişilərinkindən 23 faiz geri qalır. Və bu qeyri-bərabər durum nəinki inkişaf etməkdə olan, eyni zamanda inkişaf etmiş ölkələrdə də eynidir.
Sonxeberler.info