Dünya üzərində mövcud olan ölkələrə bir çox insanlar tez-tez səyahət edirlər. Lakin səyahət edilən ölkələrin bir çoxunun paytaxtlarının adları səhv bilinir.
Sonxeberler.info sizə dünyanın bəzi məşhur ölkələri, daha doğrusu, paytaxtları səhv bilinən ölkələri təqdim edir.
İsveçrə
Dünyanın ən zəngin və sakit ölkələrindən biri olan İsveçrənin paytaxtı tez-tez səhv salınır. Çox hallarda İsveçrənin paytaxtı Sürix, Cenevrə ya da Basel kimi təqdim olunur. Lakin İsveçrənin paytaxtı Berndir. Sürixin paytaxt hesab edilməsi isə İsveçrənin böyük şəhərlərindən biri olması ilə bağlıdır.
Fas
Bu Şimali Afrika ölkəsinin paytaxtı da bir çox hallarda qarışdırılır. Paytaxtı Kasablanka ya da Mərakəş hesab edilir. Lakin Fasın paytaxtı Rabatdır.
Yeni Zenlandiya
Gözəl təbiəti, zəngin mənzərələri ilə sevilən bu ölkənin paytaxtını demək olar, çox az adam bilir. Daha doğrusu, bir çox adam Yeni Zenlandiyanın paytaxtını Oklend hesab edir. Lakin Yeni Zenlandiyanın paytaxtı Vellinqtondur.
Cənubi Afrika
Bu ölkənin paytaxtı Keyptaun, Pretoriya və ya Bulomfonteyn hesab edilsə də, əslində Cənubi Afrikanın Konstitutsiyasında konkret olaraq, paytaxtı yoxdur.
Kanada
Kanada da paytaxtı ən çox səhv salınan ölkələrin sırasındadır. Belə ki, ölkənin paytaxtı Torento, Vankuver və ya Monreal hesab edilsə də, Kanadanın paytaxtı Ottovadır.
Avstraliya
Avstraliyanın paytaxtının adını bəlkə də ilk dəfə eşidəcəksiniz. Sidney və ya Melburn olaraq bilinsə də, əslində Avstraliyanın paytaxtı Kanberradır.
Qazaxıstan
Qazaxıstanın paytaxtı Sovetlər Birliyindən ayrıldığı müddətdə Almata olaraq təyin olunmuşdu. Bir müddət sonra ölkənin paytaxtı Astana olaraq dəyişdirildi. O zamandan bəri bir çox insan Qazaxıstanın paytaxtını elə Almata olaraq hesab edir.
Hindistan
Dünyanın ən sıx əhalisi olan ölkələrindən biri olan Hindistanın paytaxt mövzusunda da qarışıqlıq var. Paytaxtı Bombey zənn edilsə də, əslində Hindistanın paytaxtı Nyu-Dehlidir.
İsrail
İsrailin paytaxtı Təl-Əviv kimi bilinir. Halbuki İsrail paytaxtını Təl-Əvivdən Qüdsə köçürüb. Ona görə də bir çox insan hələ də Təl Əvivi paytaxt hesab edir. Lakin İsrailin paytaxtı Qüdsdür.
Nigeriya
Nigeriyanın paytaxtı ümumi olaraq, Laqos deyə bilinir. Əslində isə Nigeriyanın paytaxtı Abudjadır.
Türkiyə
Son olaraq, bu siyahıya Türkiyəni də əlavə etmək olar. Türkiyənin bir çox tarixi abidələri İstanbulda olduğu üçün paytaxtın İstanbul olduğu düşülünür. Lakin Türkiyənin paytaxtı Ankaradır.
Sonxeberler.info