Florida və Berkli universitetlərinin psixoloqları qorxulu film həvəskarları ilə bağlı yeni fikirlər irəli sürüblər. Onların fikrincə, qorxulu filmlərə baxarkən məmnun olan adamlar özlərini bədbəxt hiss etməyi xoşlayırlar. Belə adamların sadəcə qorxmaqdan xoşları gəlir. Xüsusilə də filmin ən dəhşətli məqamları onlara zövq verir. Onlar dəhşətli filmlərə baxmağı sevməyən adamlardan çox fərqlənirlər.
Vaşinqton alimlərinin apardıqları təcrübələr nəticəsində isə məlum olub ki, zorakılıq və dəhşət görüntüləri ilə zəngin filmlər insanlara güclü təsir edir. Döyüş səhnələri ilə dolu olan filmin təsirindən isə qanda antitellər, hormonlar artır. Əslində antitellər təhlükə ilə mübarizə aparmalıdır. Lakin insan filmə baxmaqdan ayrılmaq istəmədiyi üçün orqanizmindəki dəyişikliyə əhəmiyyət vermir və antitellər orqanizmin daxilində təhlükə axtarmağa başlayır və onlara qarşı mübarizəyə qalxır. Adətən dəhşət filmlərində də belə olur.
Londondakı (Britaniya) Vestminister Universitetinin alimlərinin araşdırmalarına əsasən, 90 dəqiqəlik qorxu filmlərinin insan orqanizminə təsiri yarım saat qaçarkən itirilən kaloriyə bərabərdir. Təcrübələr nəticəsində məlum olub ki, qorxulu filmlər insan çəkisinə təsir edir. Belə ki, ani qorxu hissi orqanizmdə adrenalinin artmasına səbəb olur.
Sonxeberler.info