SON DƏQİQƏ

İsveçli cütlük 75 il sonra Alp dağlarında tapılıb - FOTOLAR

Tarix:19-07-2017, 16:13

İkinci dünya müharibəsində fermalarından itkin düşən isveçli cütlük Alp dağlarında 75 il sonra donmuş halda tapılıblar. Marcelin və Francin Dumoulin 1945-ci il 15 avqust tarixində inəklərini otarmağa getdikdən bəri itkin düşüblər. Onların altı övladı olub.

Sonxeberler.info CNN-nə istinadən xəbər verir ki, onları dağlarda  bölgədə yoxlama məqsədilə gəzişərkən direktor tapıb. Meyitlər Tsanfleuron buzlağında 2500 yüksəklikdə tapılıblar.

İsveç televiziyasına müsahibə verən ərazinin direktoru Bernhard Tsçanen qeyd edib ki, bu, balaca qayalıqlara bənzəyirdi. O, yaxınlaşdıqda donmuş aksesuarlar - saatlar, çantalar, ayaqqabılar və s. əşyalar tapıb. Bütün bunlar İkinci Dünya müharibəsi dövrünə aid geyim əşyaları olub.

Cütlüyün ən kiçik qızı 79 yaşlı Marcelin Udry-Dumoulin İsveç qəzeti “Le Matin”ə danışıb ki, onlar heç vaxt valideynlərini axtarmaqdan vaz keçməyiblər.

“Biz bütün ömrümüzü onları axtarmaqla keçirtdik.  Biz onları tapıb heç olmasa bir yerdə dəfn edə biləcəyimiz günü gözləyirdik” – xanım Marselin deyib.

Digər qızları Monika itdikləri gündən bəhs edib. Həmin gün valideynləri vadiyə gediblər. Qızları valideynlərinin çox şən olduqlarını, atalarının mahnı oxuduğunu qeyd edib. Lakin o gün, Monikanın valideynlərini gördüyü son gün olub.

Ana Domoulin məktəb müəlliməsi, ata Dumoulin isə pinəçi olub. Güman edilir ki, onlar qar uçqunundan oraya düşüblər.

Cütlüyün DNA testini Forensik Tibb İnstitutu aparacaq, lakin övladlarına bildirilib ki, tapılan cütlük onların itmiş valideynləridir.

Udri Dumoulin valideynlərinin harada olduqlarını bildikləri üçün rahat olduqlarını qeyd edib.

Sonxeberler.info

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN