Limonu donduraraq yeyin, xərçəngin qarşısını alır.
Metbuat.az xəbər verir ki, dünyada ən böyük dərman firmalarından birinin bəyanatına görə, 1970-ci ildə aparılan laboratoriya testləri limonun 12 növ xərçəng xəstəliyinə faydasını sübut edib. İçərisində qalın bağırsaq, prostat, döş, mədəaltı vəzi kimi ağır xərçəng növləri də var.
Limonu çaya, yeməklərimizə əlavə edib yeyirik. Ancaq mütəxəssislər limonu dondurulmuş halda qabığı ilə yeməyi məsləhət görür. Beləcə, limonun içərisindəki bütün vitaminlərdən faylanmaq olar.
Dondurulmuş limon necə hazırlanır?
Limonu yaxşıca yuyub bir gün soyuducuda saxlayın. Limonun bu şəkildə istifadəsi yeməklərinizdə və salatlarınıza başqa ləzzət qatacaq. Eyni zamanda, sağlamlığımıza olduqca faydalıdır.
Süzgəcdən keçirilmiş limonun tərkibində suyuna nəzərən 5-10 qat daha artıq vitamin var.
Dondurulmuş limonun faydaları nələrdir?
Stress və əsəb pozğunluqlara qarşı təsirlidir. İltihab, infeksiya və göbələk əleyhinə yaxşı vasitədir. Donmuş limon parazit və bağırsaq qurdlarını müalicə edir. Limonun digər möcüzəsi də sağlam hüceyrələrə zərər vermədən xərçəng hüceyrələrini zərərsizləşdirməsidir.