SON DƏQİQƏ

80 nəfərlik "canlı zəncir" batmaq təhlükəsi olan ailəni xilas edib - VİDEO

Tarix:12-07-2017, 17:55

ABŞ-nın Florida ştatında çimərlikdə iki yeniyetmə oğlanın üzmək istəməsi az qala ailəvi faciəyə çevriləcəkdi.

Musavat.com “CBS” telekanalına istinadən xəbər verir ki, övladlarının axına düşdüyünü görən ana, onlara kömək etmək üçün suya atılıb və onun arxasınca daha beş ailə üzvü suya girib.

Lakin onlar da su axınına düşüb və boğulmaq təhlükəsi yaranıb. Çimərlikdə istirahət edən 80 nəfər "canlı zəncir" yaradaraq, ailəni xilas edə biliblər. Həmin anın görüntüləri sosial şəbəkələrdə yayılıb.

Eldəniz, Sonxeberler.info

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN