Alabama ştatındakı Birmenqem şəhərindəki fast food restoranlarından birində kilsə xidməti göstərilib.
Rahibin nitqinə qulaq asmaq üçün kafeyə yığışan 50 nəfər bu prosesdən olduqca zövq aldıqlarını bildiriblər. Rahib deyib ki, fast food restoranında moizə oxumaq onun ideyası olub:
“İstyəyirdim ki, kilsəyə gəlməyi tərcih etməyən insanları bu yolla cəlb edim. İusus siz hara gedirsizsə, ora gəlir. O, bizi eşidir, harda olmağımızdan asılı olmayaraq”.
Moizəni dinləmək üçün restorana gələnlər masa arxasında əyləşiblər. Onların bir neçəsi menyunu vərəqləyiblər. Baxmayaraq ki, dini mərasim zamanı kafenin işi tamamən dayandırılmışdı. Bundan başqa, restoran rəhbərliyi medianın ciddi marağını nəzərə alaraq, video və foto çəkilişləri qadağan edib. Rahibin moizəsi 45 dəqiqə çəkib. Səhər saat 9.45-dən başlanan moizə 10.30-da yekunlaşıb. Saat 11.00-dən sonra restoran əvvəlki iş rejimində fəaliyyətini davam edib.
Sonxeberler.info