Avstraliyada yolda vuruşan iki koala yoldan keçən yük maşınlarının təkərləri altında qalmaqdan xilas olub.
Sonxeberler.info xarici KİV-lərə istinadən xəbər verir ki, xoşbəxtlikdən sürücüləri orada olan yerli qadın xəbərdar edə bilib.
Viktoriya ştatının Portlend şəhərindən olan Şeron Breysli adlı qadın təsadüfən magistral yolda vuruşan iki koalanı görüb və onları yoldan kənarlaşdırmağa çalışıb.
Həmin anın görüntüləri mobil telefon vasitəsi ilə lentə alınıb.
Sonxeberler.info