Kanadalı Eşton Fillips balıq ovunda olarkən baş verən maraqlı hadisəni internetdə paylaşıb.
Belə ki, balıqçı böyük qartalı gördükdə onu kameraya çəkməyi düşünüb və bu an qartal onun qayığına sürətlə yaxınlaşmağa başlayıb.
Kadrlarda qartalın qayıqda olan balığı götürməsi əks olunub.
Sonxeberler.info xəbər verir ki, balıqçı həmin anların görüntüsünü sosial şəbəkələrdə paylaşıb.
Videogörüntülər böyük marağa səbəb olub.
Sonxeberler.info