49 yaşlı Gündüz Məmmədov nə eşidə, nə də danışa bilir.
ARB TV xəbər verir ki, anadangəlmə fiziki məhdudiyyətli Mingəçevir sakini 30 ildir ki, məişət əşyalarının təmiri ilə məşğul olur.
Onu işinin peşəkarı kimi tanıyırlar. Eşitmə və danışma qabiliyyətini anadangəlmə itirən Mehdi Məmmədov da Gündüz kimi həyata olan eşqini itirməyib. 45 yaşlı Mehdi uzun illərdir ki, pinəçiliklə məşğuldur. 3 övladını alın təri ilə dolandırır. O, hətta cins şalvarlardan yeni ayaqqabılar da hazırlayır. Parçalar alaraq, özündən yeni ideyalar kəşf edir. Mingəçevirdə ümumilikdə 319 eşitmə və danışma qabiliyyətini itirmiş insan var. Onların hər biri xüsusi istedada malikdir. Müxtəlif peşə fəaliyyəti ilə məşğul olurlar.