Pendiri ilə dünyanı özünə aşiq edən kənddə pendir muzeyi yaradıblar - indi hər tərəfdən turistlər axın edir
Buras Qarsın Boğatepe kəndidir. Boynu bükük, öz halında, xaricə köç verməkdən başqa çarəsi qalmayan bir kənd deyil əslində. Kənd sakinləri çalışır, qazanırlar. Ən az qazanan ailənin illik gəliri 12 min, ən çox qazanınkı isə 100 min manat civarındadır.
Bu möcüzə çevrilişin səbəbi dünyanın ən gözəl pendirlərindən biri olan Qars qravyeridr. Kəndin yeddi ferması heç dayanmadan qravyer istehsal edir. Nyu Yorkdan Honq Konqa sifariş alırlar.
YEDDİ FERMA, 16 NÖV PENDİR
Sonxeberler.info Türkiyə mətbuatına istinadən Türkiyənin möcüzə kəndlərindən biri haqda yazır. Məlum olur ki, burada açılan çiçəyin rənginə görə pendir ton dəyişdirir. Boğatepe, köhnə adı ilə Böyük Zavod Kəndi Qarsa təxminən bir saatlıq məsafədədir. Bura məşhur Qars qravyerinin istehsal olunduğu kənddir. Burada təxminən iqtisadi möcüzə yaşanıb.
Qravyer, kaşar, Türkmen saçak, Malakan, tulum, otlu, kelle, tel, çürük, çanak...Bunlar pendir növlərinin adlarıdır. Kənddə 16 növ pendir istehsal edilir. Bu pendirlərin dünyada tayı-bərabəri yoxdur.
Səbəbi isə 1800-2600 metr yüksəklikdəki Kars-Ardahan bölgəsində Qafqaz və İran-Turan iqlimlərinin çarpışaraq ortaya çıxardığı mükəmməl çeşidlilik. Heyvanlar bu bölgədə aylarla 150 metr üzərində yaşayan bitki növləri ilə bəslənir. Bu da onların südlərini daha da bənzərsiz edir.
Kənddəki yeddi fermada təxminən 50 nəfər çalışır. Fermalar qibtə olunacaq səviyyədə təmiz, baxımlı və səliqəlidir. Bu kənd çox geniş ərazisi və heyvanı olmayan, əmək gücü ilə gəlir əldə edən insanlardan ibarətdir.
Kənddə insanların tək gəlir mənbəyi pendir deyil. Burada eyni zamanda eko-turizmə də yer verilir. Bayırdan kəndə gələnlər kənd evlərində qonaq edilirlər.
KƏNDİN ƏN BÖYÜK DƏRDİ – GƏNCLƏR EVLƏNMƏYƏ QIZ TAPMIR
Kənd əhalisinin ən böyük dərdi isə kəndin gənclərinə həyat yoldaşı tapmaqdan ibarətdir. Belə ki, universitetdə təhsil alandan sonra oğlanlar kəndə qayıtdığı halda, qızlar qayıtmırlar. Hazırda kənddə evlənmə çağına gəlmiş 33 subay kişi var. Onlar da məcbirən başqa kəndlərdən gəlin gətirməyə başlayıblar.
Kənddə bir pendir muzeyi mövcuddur. Burada itirilməyə başlanan pendir növlərini xilas etmək, istehsal müddətini qorumaq, bu müddətdə qidalara nələrin dad verdiyini tapmaq, Qars bölgəsindəki pendirin hekayəsini anlatmaq, məhsulları dünyaya tanıtdırmaq kimi vəzifələr var. Məhz bu muzeyi görmək üçün kəndə ildə 700-ə yaxın turist gəlir.
NYU-YORKDAN HONQ KONQA... BU PENDİRİN ARXASINCA DÜŞÜBLƏR
Qars pendiri aprel-iyul aylarında 1500-dən artıq çiçəyin olduğu Qars-Ardahan yaylaqlarında bəslənən yerli heyvan irqlərinin südlərindən istehsal edilir.
Altı aylıq müddətdən sonra satışa çıxarılan Qars kaşar pendirinin istehsalı mərhələlərində sadəcə süd, duzdan ibarət mayadan istifadə olunur. Qars kaşar pendiri özünə xas yumşaq aroması, açıq sarı rənfi və xoş dadı ilə Anadoludakı digər pendir növlərindən fərqlidir.
“Pendirlərin kralı” adlandırılan qravyerin hazırlanması olduqca uzun bir müddət. Hazır hala gəlməsi üçün üç ilə doqquz ay arasında vaxt lazım gəlir.
Oxuduğunuz kimi, kiçik bir kənd, azsaylı əhali, amma…. Təkcə pendirlə dünyada şöhrət qazanıb, özünə turist cəlb edib və illik gəlirini artıra-artıra gedir.
Adam paralel aparmadan dayana bilmir: eyni möcüzəni bizim kəndlərdə etmək olmazmı? Kiçik, amma təbiət möcüzəsi olan kəndləri yerli istehsal hesabına turist axını və istehsal mərkəzinə gətirmək çoxmu çətindir?
Sonxeberler.info