İngiltərədə cəmiyyət tərəfindən maliyyələşdirilən kral xəzinəsinin gəliri son dönəmlər artıb. Bu isə avtomatk olaraq kraliçanın aldığı pula da təsir edəcək.
Sonxeberler.info BBC News-a istinadən xəbər verir ki, kraliçanın maaşına 6 milyon sterlinq əlavə ediləcək.
Kraliçanın sözügedən maaş artımını 2018-2019-cu illərdə alacağı bildirilir. Kraliçanın işçilərinin məvaciblərini ödəyən, rəsmi səyahət xərclərini qarşılayan və sarayların qulluq məsrəflərini ödəyən qurum olan 'Sovereign Grant' 2018-2019-cu illərdə bu xərclərin 82.2 milyon pound olacağını bildirib.
Krallıq Xəzinəsi 2016-2017-cı illərdə gəlirlərinin 24.7 milyon sterlinq artarak 328.8 milyon sterlinqə yüksəldiyini açıqladı. Sözügedən yüksəliş İngiltərə kraliçasının maaşına da təsir edəcək.
Eldəniz
Sonxeberler.info