SON DƏQİQƏ

Stalin ən dahi tarixi şəxsiyyət adlandırılıb

Tarix:26-06-2017, 17:20

Rusiyada məşhur ictimai rəy mərkəzlərindən olan “Levada-Sentr”in keçirdiyi son sorğu zamanı ölkənin 48 vilayətində yaşayan yerli əhali ən dahi tarixi şəxsiyyəti müəyyənləşdirib.

Virtualaz.org “İzvestiya” qəzetinə istinadən xəbər verir ki, sorğu nəticəsində ən çox səs (38%) İosif Vissarionoviç Stalinə verilib. İkinci və üçüncü yerləri 34%-lə dahi rus şairi Aleksandr Sergeyeviç Puşkin və Rusiyanın hazırkı prezidenti Vladimir Vladimiroviç Putin bölüşdürüblər.

Sorğu nətivəsində ilk “onluğ”a çar I Pyotr (29%), ilk kosmonavt Yuri Qaqarin (20%), yazıçı Lev Tolstoy (12%), sərkərdə Georgi Jukov (12%), imperatriça II Yekaterina (11%) və şair Mixail Lermontov (11%) daxil olublar.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN