Dünyanın ən böyük sosial mediası olan Feysbuk 2 milyard istifadəçi ilə yeni rekorda imza atıb.
Feysbukun banisi və baş direktoru Mark Zujerberq şəxsi profilindən verdiyi açıqlamada, "bu sabah feysbukun əhatəsi dairəsi 2 milyard insana çatdı. Ünsiyyət vasitəsi olaraq dünyada irəliləyişlər edirik. Bu səfərdə sizinlə birlikdə olmaq böyük şərəfdir" yazıb.
FaktXəbər-in məlumatına görə, şirkətdən verilən yazılı açıqlamada isə hər gün orta hesabla 800 milyon insanın feysbukda "bəyəndi" və 175 milyon insanın isə "möhtəşəm" düyməsini basdığı bildirilib.
Təxminən 13 il əvvəl qurulan və 5 il əvvəl 1 milyard istifadəçiyə çatan feysbukun bu sayı qısa müddətdə iki dəfə artırması, sosial media üçün "bir kilometr" kimi qiymətləndirilib.