Sonxeberler.info indiyə qədər bir çox adam tərəfindən bilinməyən və insanların təəccübünə səbəb olacaq faktları təqdim edir:
Bir cüt milçəyin yalnız aprel-may aylarında buraxdıqları yumurtaların hamısından ağcaqanad çıxsaydı, dünyanı 14 metr qalınlığında milçək təbəqəsi örtərdi.
Dünya əhalisinin 50%-nin telefonla heç danışmadığını bilirdinizmi?
Əgər siz 1 saat müddətində qulaqcıqla nəyəsə qulaq assanız, bu zaman qulağınızda bakteriayaların sayı 70% artmış olacaq.
Yataqdan düşərək ölmə ehtimalının iki milyonda bir olduğunu bilirdiniz?
Bir insandakı ümumi damar uzunluğu 150 min kilometrdir. Başqa cür desək, bu dünya ilə Günəş arasındakı məsafənin 150 milyon km-nə bərabərdir.
Fənərbaxçanın basketbolçusu Kunter 1988-ci ildə Hilalspor ilə qarşılaşmada topladığı 153 xalla dünya rekordu qırıb. O, ilk yarıda topladığı 81 xalla adını tarixə yazdıra bilib.
Kişiləri ildırım vurması ehtimalı qadınlara görə 6 qat daha çoxdur.
Atakama səhrasına 400 ildən bəri yağış yağmır. Yağan yağış isə, havada buxarlandığında görə yerə gəlib çatmır.
Bir okeanın ən dərin yerində, dəmir bir topun dibə çökməsi bir saatdan çox vaxt alır.
Məşhur ərəb şairi, Qahirə universitetinin professoru Şeyx Məhəmməd Abdul İbrahim 150 yaşında vəfat edib. O, 105 il subay yaşayıb. 105 yaşında evləndikdən sonra isə, 5 övladı olub.
Bu günə qədər yaşamış ən ağır adam 635 kiloya sahib olan vaşingtonlu Jon Brover Minnochdur.
Məşhur bəstəkar Beethoven özünün son əsərini kar olduqdan sonra bəstələyib.
Çaxmağın kibritdən əvvəl yarandığını bilirdinizmi?
Siçanların və atların qusmadıqlarını bilirdinizmi?
Məşhur cizgi filmi Təməl Rəis 1919-ci ildə Elzie Crisler Segar tərəfindən çəkilib.
Barmaq izləri kimi dil izləri də hər insan üçün unikal və təkrarolunmazdır.
Bir adamın yaşaya bildiyi ən yüksək bədən istiliyi 46.5 dərəcədir. Normal temperatur aralığı isə, 35–37 dərəcədir.
ABŞ-da yaşları 20 ilə 29 arasında olan zənci kişilərin üçdə biri ya həbsxanada, ya da müvəqqəti istintaq təcridxanasındadır.
Bu günə qədər ölçülmüş ən böyük buz dağı 200 mil (340 km) uzunluğunda və 60 mil (102 km) enindədir. Bu isə, Belçika ərazisindən daha böyük bir sahə deməkdir.
Qiymətli daşların çoxu bir neçə elementdən meydana gəlir. Yalnız brilyant tamamilə karbondan ibarətdir.
Eyfel qülləsinin istehsalında ümumi çəkisi 6400 ton olan 18.100 ədəd dəmir parçasından istifadə edilib.
Dünyanın ən hündür dalğası 1971-ci ildə Yaponiyanın İşigaki adasında qeydə alınıb. Onun hündürlüyünün nə az, nə çox 85 metr yüksəkliyinə çatdığı bildirilir.
Səhralıq və boş çöllükdən ibarət olan Tidikelt qəsəbəsinə on il boyunca heç bir dəfə də olsun, yağış yağmayıb.
Aydın bir gecədə, adi gözlə ayrı-ayrı iki min ulduzu görmək mümkündür.
Ən böyük kitab XVII əsrdə nəşr olunub. Bu, Berlin kitabxanasında saxlanılan coğrafiya atlasıdır. Onun hündürlüyü 2 metr, eni isə 1 metrdir.
Qadınlar kişilərə nisbətlə iki qat daha çox göz qırpırlar.
1707–1782 illəri aralığında yaşamış bir rus qadının 16 əkiz, 7 üçüz və 4 dördüzü olub. O, bu uşaqları 1725–1765-ci illər arasında dünyaya gətirib.
ABŞ prezidenti Con Kennedi iyirmi dəqiqədə dörd qəzet oxuya bilirdi.
Mumiyaların ayaq barmaqları tək-tək sarılaraq mumiyalaşdırılıb.
İnsanın ən yavaş uzanan dırnağı əlinin baş barmağındadır. Ən sürətli uzanan dırnaq isə, orta barmaqdadır.
Sonxeberler.info