Əlcəzairli aktrisa yeni “Mumiya” filmində mumiyanı canlandıracaq ilk qadındır.
Bir çox insan isə onu rəqqasə və modelyer kimi də tanıyır. Afrika əsilli olan Sofiya Boutella uşaq yaşlarından bacarıqları ilə hər kəsi təəccübləndirib.
O, hazırda yeni rol aldığı filmlə tarixə keçəcək. Belə ki, o, film tarixinə mumiyanı canladıran ilk qadın olaraq düşüb. Məşhur aktrisanın bunu bacaracağı isə dünya mediasında və sosial şəbəkələrdə geniş müzakirə edilmişdi.
Gözəlliyi ilə hər zaman diqqət mərkəzində olan yeni “Mumiya” filmin baş rol ifaçısı haqqında bəzi maraqlı məlumatları sizlərlə bölüşəcəyik.
Sofiya aprelin 3-də Əlcəzairdə dünyaya gəlib. Atası caz musiqiçisi, anası isə bir memardır. 5 yaşında klassik rəqs dərsləri almağa başlayan Sofiya 10 yaşında ailəsi ilə birlikdə Fransaya köçdülər. Fransada isə gimnastika dərslərinə başladı və 18 yaşında milli komandaya qəbul edildi.
Daha sonra “Vagabond Crew” adlı bir rəqs qrupu ilə küçə rəqslərinə başladı. 2006-cı ildə ilin rəqs yarışmasının qalibi oldu. Sofiya bundan əlavə bir neçə məşhur fransız rəqs qruplarında yer alıb. Sofiya dünyaca məşhur “Berklee” musiqi məktəbinin məzunudur. 17 yaşından bəri eyni xoreoqraf ilə birlikdə işləyir. Bir çox məşhur filmlərdə, televiziya proqramlarında, reklamlarda çıxış edib.
Kariyerasında ən böyük uğuru 2007-ci ildə qazanıb. Məşhur idman markası olan “Nike”nın reklam çarxına çəkilib. Bundan sonra böyük sürətlə karyerası davam etdi. Sofiya, Madonna və Rihanna kimi dünyaca məşhur müğənnilərlə birlikdə konsert proqramlarında çıxış edib.
2011-ci ildə Maykl Ceksonun şəxsi istəyi ilə klipə çəkildi. Maykl Ceksonun “Hollywood Tonight” adlı klipində baş rol ifaçısı olaraq rəqs etdi. Sofiya hazırda çəkildiyi “Mumiya” filmi kimi bir çox zaman bu cür qəribə filmlərə təklif alır. Xatırladaq ki, ötən il yayımlanan “Star Trek Beyond” filmində də savaşçı yadplanetli rolunu canlandırmışdı.
Qeyd edək ki, ilk dəfə “The Mummy” filmi martın 24-də nümayiş edilib. Hazırda da bir çox ölkələrdə kinoteatrlarda nümayiş etdirilməyə davam edir.
Sonxeberler.info