Amerikada aparılan bir araşdırmanın nəticələrinə görə, uşaqlarda televizora maraq 18 aylıq olarkən yaranır. Amma bu, hələ onların tamaşaçı olduğunu göstərmir. 2 yaş yarımlığından başlayaraq cizgi ilmlərinə maraq başlayır. Bu yaşda uşaqların təqlidetmə qabiliyyəti yavaş-yavaş yaranır.
Tədqiqatlara görə, tez-tez kadr dəyişikliyi körpə beynində qarışıqlığa və pozğunluğa səbəb olur. 3-6 yaş arası uşaqlar da isə bu təsirin səviyyəsi daha da artır.
6-11 yaş qrupuna aid uşaqların izlədiyi proqramların təsirləri daha çoxdur, çünki bu yaş qrupu uşaqlarda diqqət və dəqiq izləmə tam inkişaf etmiş olur. Cizgi filmləri uşaqlara müxtəlif formalarda mənfi təsir edir. Araşdırmalara görə şiddət, qorxu məzmunlu cizgi filmi izləyən uşaqların digər yaşıdlarına görə daha çox dalaşqan, üsyankar olur. Onlar ətraflarına daim zərər vermək barədə düşünürlər və çox aqressiv olurlar. Mütəxəssislərin fikrincə gündə bir neçə saat cizgi filminə baxan uşaqlarda diqqət əksikliyi olur. Bundan başqa, onlarda aktivlik yaşıdlarına nisbətən 30-40% az olur. Uşağın izlədiyi animasiya filmləri hər gün onun həyatına daha çox daxil olur.
Uşaq artıq özünü o personajlardan biri hesab etməyə başlayır. Belə uşaqlar həmişə gerçək olmayan dünyada yaşayırlar, reallığa adaptasiya ola bilmirlər. Filmdə gördükləri hərəkətləri gerçəklikdə də sınaqdan keçirmək istəyirlər.
Sonxeberler.info