SON DƏQİQƏ

Ruslar tıxacdan qurtulmaq üçün təcili yardım maşını satın alırlar

Tarix:8-06-2017, 16:45

Türkiyə mətbuatı rusların ən qəribə cəhətlərindən yazıb

Türkiyə mətbuatında “mehriban düşmən” olan Rusiya barədə maraqlı məlumatlar dərc olunub.

Sonxeberler.info xəbər verir ki, azərbaycanlı oxucuların yaxşı bələd olduğu ruslar və Rusiya barədə bir çox məqamları ard-arda oxumaq isə maraqlıdır.

Rusiyada 4 kişidən biri 55 yaşına qədər belə yaşamır. Əlbəttə bu məsələdə onların normadan artıq spirtli içki qəbul etməsi rol oynayır.


Eks prezident Dmitri Medvedyev 2011-ci ildə pivənin əslində alkoqollu olduğunu deyən bir qanuna imza atdı. Bununla da 2011-ci ildən etibarən pivənin də spirtli içki olduğuna qərar verildi.

Картинки по запросу russian beer

Moskvadakı McDonalds'ın menyusunda krevetli burger McShrimp'ə rast gəlmək mümkündür.

Картинки по запросу mcshrimp russia

Ölkənin xüsusən şimal bölgəsindəki boş qalmış benzin və qaz yağı bidonlarını iyləyən ayılar zaman keçdikcə bundan asılı vəziyyətə düşürlər.

Moskva nəqliyyatı bəzən o qədər sıx və gərgin olur ki, varlı ruslar bu əzabı yaşamamaq üçün Təcili Yardım maşını satın alırlar. Bununla da nəqliyyatın olduqca sıx olduğu saatlarda şəhər içində təcili yardım maşını ilə maneəsiz hərəkət edirlər.

Картинки по запросу скорый помощь moskva

 

Sovetlər İttifaqı dönəmində qadağan olunan Beatles diskləri tibb tələbələri tərəfindən keçmiş rentgen filmlərinə yazılıb.

Ruslar Julyen təqvimindən istifadə etdikləri üçün Yeni İli 7 yanvarda qeyd edirlər.

Картинки по запросу календарь

Rusiya 1908-ci ildə London Olimpiadalarında Qriqoryan əvəzinə, Julyen təqvimindən istifadə etdiyi üçün iki həftə itirib və nəticədə atçılıq müsahibəsini qaçırıb. 

Ölkə miqyasında qadınların sayı kişilərdən 9 milyon nəfər çoxdur. Hər 1.183 qadına qarşı 1000 kişi var.

Картинки по запросу russkie jenshini

Rusiya dünyadakı meşə sahələrinin 20 faizinə sahibdir.

Dünyanın ən dərin metrosu olan Moskva metrosu 1930-cu illərdə inşa edilərkən, mümkün olacaq bir müharibəyə qarşı sığınacaq olaraq istifadə edilməsi üçün 84 metr dərinlikdə qazılıb.

Картинки по запросу московское метро 1930

Gürcüstanda dünyaya gələn Stalin 8 yaşına qədər rus dilində bilmirdi. Əslində isə bu, təkcə Stalinlə bağlı deyil, fərqli millətlərdən olan Sovet dövətinin ümumi durumu ilə bağlı idi.

Картинки по запросу Stalin v molodosti

Rus alimləri 1959 ilində başlayan bir layihə üzərində təxminən 40 il çalışıb və ev tülküsü yaratmağı bacarıb.

Arağı sahiblənmə məsələsi illərdir Rusiya və Ukrayna arasında mübahisələrə səbəb olur. Ruslara görə isə ümumiyyətlə, “vodka” sözü rus dilində su mənasını daşıyan “voda” sözündən yaranıb. Buna görə də onun tarixi barədə xüsusi müzakirələrə ehtiyac yoxdur.

Картинки по запросу ruskkaya vodka

Gördüyünüz kimi, bu məqalədə ruslarla bağlı türk qardaşlarımıza ilginc gələn məqamlar bunlar idi. Bəzilərini sensasiya, bir çoxlarını isə reallıq kimi təqdim ediblər. Amma bütün hallarda ruslar qəribə millətdir. Elə yuxarıda yazdığımız bir neçə məlumata görə…

 

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN