SON DƏQİQƏ

Terrordan sonra kafeyə qayıdıb hesabı və ofisiantların bəxşişini verdi

Tarix:6-06-2017, 07:37

Britaniyalı siyasi aktiv Riçard Encel Londondakı terror aktı baş verən zaman ora yaxın yerdə yerləşən restoranda nahar edirdi. Həmin vaxt restorandan qaçıb gedən R.Encel bir gün sonra həm hesabı, həm də ofisiantların bəxşişini ödəmək üçün geri qayıdıb.

 

“Restoranın personalı özlərinə kömək etmək əvəzinə personala kömək edirdi. Bundan başqa, yemək çox ləzzətli idi”.

 

O, dostları ilə birlikdə Arabica Bar & Kitchen adlı məkanda əylənirdi. Həmin vaxt terroristlər sözügedən əraziyə yaxınlaşıblar. Onun sözlərinə görə, o, insanları küçədə, qan içində görüb və atəş səsləri eşidib. Restoranda təşviş başlanıb. “Biz qəfildən gördük ki, restoranın mühafizəçiləri tələsərək qapını bağlayırlar. İnsanlar yerə yatmışdılar, stolları vururdular”.

 

O, qeyd edib ki, polislər və tibb işçiləri hadisə yerinə dərhal gəliblər və özlərini olduqca gözəl aparıblar.

 

Sonxeberler.info

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN