Kosmos yarışında rəqibi bir tək SSRİ olan və bu yarışda qalib gələn NASA çəkdiyi ən maraqlı fotoları yayımlayıb.
Bu günə qədər olduğu kosmos səfərlərindən yeni fotolar paylaşan qurum, kosmonavtların kosmosdakı anlarını, onların orada yaşam tərzini sərgiləyən fotoları paylaşıb.
Qurum təqribən 60 illik tarixindəki önəmli müvəffəqiyyətlərini də ardıcıl olaraq həmin fotolar vasitəsilə insanlara təqdim edib.
Xatırladaq ki, 1957-ci il oktyabrın 4-də SSRİ-nin dünyada ilk süni peyki kosmosa buraxması ABŞ-ı özünün yenicə başlanmış kosmik proqramını sürətlədirməyə vadar etdi. ABŞ Konqresi SSRİ-nin bu addımını ölkənin milli təhlükəsizliyinə doğru yönəlmiş təhdid kimi dəyərləndirdi və təcili fəaliyyətə keçəcəyi ilə bağlı xəbərdarlıq etdi.
7 ay davam edən müzakirələr nəticəsində yeni kosmik agentliyin yaradılması haqda razılığa gəlindi. Bu agentliyin yaradılması üçün xüsusi komissiya - NASA yaradıldı. NASA bir çox elm adamları, həmçinin almaniyalı mütəxəssis Verner fon Braun ilə müzakirələr apardı. Bu komissiyanın məsləhəti ilə 1958-ci il iyulun 29-da yeni kosmik agentliyin - NASA-nın əsası qoyuldu.
Əsası ABŞ prezidenti Davit Eisenhover tərəfindən qurulan NASA, 29 iyul 1958-ci ildən etibarən fəaliyyət göstərməyə başlayıb.
Bu illər ərzində aralıqlarla kosmosdan bir çox fotolar yayımlayan qurum, bir müddət öncə heç zaman yayımlamadığı fotoları da dərc edib.
Sonxeberler.info həmin fotoları öz oxucularına təqdim edir.
Eldəniz Muxtarov,
Sonxeberler.info







































