SON DƏQİQƏ

Rəqəmsal qəbir yaratdılar

Tarix:26-05-2017, 07:45

Dünyada ilk dəfə Sloveniyanın Maribor şəhərində rəqəmsal qəbir yaranıb.

Bu barədə lenta.ru saytı “The Daily Mail” qəzetinə istinadən xəbər verir. Nəşrin yazdığına əsasən, qeyri-adi qəbir daşı 2000-ci ildə dünyasını dəyişmiş Yanez Mlakar adlı şəxsə məxsusdur. 48 düyməli ekranla təchiz olunmuş qəbir daşında mərhuma aid foto və videoları görmək mümkündür. Bu əşyanı hazırlayan kampaniya rəhbərinin sözlərinə görə, ekranda hətta bütöv bir roman da yer ala bilər. Əgər məzarın yanında heç kim yoxdursa, orada ancaq mərhumun ad-soyadı, dünyasını dəyişdiyi tarix görünür. Ziyarətçinin gəlişi ilə translyasiya başlanır. Belə sxem enerjini rasional şəkildə xərcləmək imkanı verir.

Bu layihə Maribor Universitetinin professoru Milan Zormana məxsusdur. Yeni icadın qiyməti 3 min avroya yaxındır. Kampaniya artıq bir neçə sifariş alıb. Amma bu cür məzar daşlarının ölkə xaricinə də satılıb-satılmadığı məlum deyil.

 

Sonxeberler.info

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN