SON DƏQİQƏ

10 dəqiqədə 15 pitsa yedi

Tarix:25-05-2017, 08:33

Minskdə pitsa yemək üzrə çempionat keçirilib. Tədbirdə 10 nəfər iştirak edib.

İştirakçılar yarışmadan öncə bu qədər pitsanın sağlamlıqlarına risk yaradacağından xəbərdar olmaları ilə bağlı sənədə imza atıblar. Yarışmaçılar gözləri qapalı şəkildə daha çox pitsa yeməklə yanaşı, suallara da cavab verməli idilər. Həmin suallar iştirakçıların yediyi pitsa növü, onun tərkibindəki təamlarla bağlı idi. “Ən yaxşı pitsa yeyən” ünvanına layiq görülən şəxs Dmitriy Yuşkeviç olub. Bu şəxs 10 dəqiqə ərzində 15 pitsa yeyə bilib. Amma "Pitsa professoru” nominasiyasının qalibi Nadejda Sneqir olub.

O yediyi pitsların növünü, tərkibindəki elementləri dəqiqliklə dediyinə görə bu ünvana sahib olub.

 

Sonxeberler.info

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN