Amerikanın Florida ştatındakı Pembrok Payns şəhərində Cosef Liskinski adlı şəxs evinin qarajında uzunluğu 2.4 metr olan ilan tutub. Bu barədə “Sun Sentinel” nəşri xəbər verir. Amerikan kişi itini gəzintiyə çıxaranda ilanı fərq edib: “Ürək tutması olmadan yola verdim, amma qanımda adrenalinin miqdarı artdı, ürəyim daha sürətlə döyünməyə başladı”.
Kişi itini evə aparıb, daha sonra yenidən qaraja qayıdıb. O, heyvanlar üçün televerilişdəki tryuku xatırlayıb və gizlənmiş ilanı döşəməsilənin taxtası ilə çıxarmağı bacarıb. İlan onun barmağınmı dişləyib. Amma Liskinski bununla bağlı həkimə müraciət etməyib: “Əsas odur ki, mənim itim ilanın əlinə düşmədi. Yoxsa yüz faiz onu boğub öldürərdi. Bəxtim onda gətirdi ki, qabağına mən çıxdım”.
Təbiəti mühafizə xidməti əməkdaşları hadisə yerinə bir saat sonra gələrək, tutulmuş ilanı aparıblar. Məlum olub ki, ilanı öldürəcəklər. Pitonlar Floridaya təsadüfən Cənubi-Şəri Asiyadan 30 il əvvəl düşüblər. Ştat rəhbərliyi dəfələrlə pitonlarla bağlı ov müsabiqəsi elan ediblər. Məqsəd ştatdan bu ilanların kökünü kəsmək olub.
Sonxeberler.info