İsrail təşkilatı olan Mossad hazırda dünyanın ən gücü kəşfiyyat idarələrindən biridir. Mossad xüsusilə müsəlmanlara qarşı tətbiq etdikləri zorakılıqlar, sui-qəsdlər ilə məşhurdur. Sionizmin inkişaf etməsində böyük rolları var. Bu təşkilatdan ən çox zərər görənlər Fələstin müsəlmanlarıdır.
Sonxeberler.info sizə İsrail kəşfiyyatı haqqında məlumatları təqdim edəcək.
Mossad 1948-ci ildə qurulub. Qurulmadan öncə yəhudi miqrantların kütləvi şəkildə Fələstinə qaçağı haqqında məlumat ötürən gizli təşkilat kimi xidmət göstərib. İkinci dünya müharibəsinin sonunda yəhudilər Fələstini öz vətənləri kimi elan etdilər. Bunu da dünyaya bilərəkdən belə yaydılar. Ancaq o zamanlar Fələstin torpaqları İngiltərəyə aid idi və onlar qaçqınların yerləşməsinə icazə vermirdi. Yəhudilərin ilk gizli xidməti və ordusu qəbul edilən Hanganah 1920-ci ildə qurulub.
Bu təşkilat kirayə aldıqları gəmilərlə qeyri-qanuni yollarla bütün yəhudi miqrantları Fələstinə toplamağa başlamışdı. Bir müddət sonra ərəblərlə yəhudilər arasında gərginlik başladı. Bütün müsəlmanlar üçün müqəddəs qəbul edilən Qüdsdə bombalar partlayırdı və hər iki tərəf biri–birini terrorizmdə günahlandırırdı. 1948-ci ildə İsrailin qurulduğu elan edildi. İsrailin qurucusu usə Devid ben Qunion idi. İsrail dövlətinin qurulması elan edildikdən sonra bütün ərəb ölkələri savaşa başladı. 6 ay davam edən müharibədə 6 mindən çox əsgər həlak oldu. Sonunda İsrail məğlub oldu. Ardından İsrailin ilk prezidenti bütün təhlükəsizlik xidmətlərini bir araya toplayaraq, 1948-ci ildə Mossadı qurdu. Sürətlə irəliləyən Mossad təşkilatı ilk illərdə daha çox keçmiş nasist əsgərlərini əsir götürüb və öldürüb.
Ən gizli Mossad əməliyyatları
Fələstinlilərə qarşı sui-qəsdlər edərək, sionizim uğrunda mübarizə apardılar. Beləcə Mossad təşkilatı getdikcə böyüdü. Mossad daxilində xüsusi bir təşkilat da var ki, dünyanın hər tərəfində texnoloji sirləri öyrənə və ona müdaxilə edə bilir. Bu quruma da LAKAM adı verilib. 1968-ci ildə Fransanın hərbi təyyarəsinin uçuş planlarını ələ keçirmişdilər. Mossad agentlərinin əksəriyyəti ərəb dilini öyrənmək üçün kurs keçirlər. Buna səbəb isə özlərini gizləmələridir. Ərəb dilini öyrənən agentlər adi bir ticarətçi kimi dolanaraq fəaliyyət göstərirlər.
Mossad daxilində daha bir qurum var ki, yalnız ABŞ-ın texnoloji sirlərini ələ keçirməklə vəzifəlidir. Bu quruma da AL adı verilib və İsrailin ən böyük müttəfiqi olan ABŞ-la kiber mübarizə aparır.
İsrailin baş naziri Benjamin Netanyahunun qardaşı da Mossad təşkilatının önəmli agentlərindən olub. İsrail təyyarəsi Fələstin Azadlıq Təşkilatı tərəfindən qaçırılaraq Uqandada bir hava limanında saxlanılırdı.
Netanyahunun qardaşı təyyarənin içərisindəki İsrail vətəndaşlarını xilas etmək əmrini almışdı. Lakin təyyarə ilə bağlı keçirilən əməliyyat sırasında həyatını itirib.
İsrail dövlətinə prezidentlik etmiş şəxslərin əksəriyyəti Mossad agenti olaraq fəaliyyət göstərib. Mossad agentlərinin əməliyyatlar zamanı işgəncə və sorğu üçün fərqli ölkələr də daxil olmaqla, 30 minə yaxın gizli evlərinin olduğu bildirilir.
Sonxeberler.info