SON DƏQİQƏ

Pivə butulkası ilə məşqçinin başını yardılar - VİDEO

Tarix:19-05-2017, 15:27

Yunanıstanın futbol çempionatında çıxış edən "PAOK" komandasının məşqçisi Vladimir İviç tribunadan atılan pivə butulkasının başına dəyməsi nəticəsində xəsarət alıb.

Sonxeberler.info xarici KİV-lərə istinadən xəbər verir ki, məşqçini dərhal xəstəxanaya aparıblar.

Məlumata görə, hadisə mayın 17-də baş verib. "PAOK" komandasının rəqib meydanında "Panatinaikos" komandası ilə görüşünün 54-cü dəqiqəsində oyunçular arasında dava düşüb və oyun dayandırılıb.

Oyun dayandırılan zaman yerli komanda 1-0 hesabı ilə irəlidə olub.

Sonxeberler.info

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN