SON DƏQİQƏ

2 dəqiqə ərzində 121.9 qram acı istiot yedi

Tarix:17-05-2017, 07:06

Nyu-Yorkda Kevin Streyl adlı blogger qırmızı acı istiot yeməklə bağlı rekorda imza atıb.

 

Lenta.ru saytı xəbər verir ki, kişi 121.9 qram acı istiotu cəmi iki dəqiqə ərzində yeməyə nail olub. “Ginnesin Rekordları” bununla bağlı video-roliki artıq internetdə nümayiş etdiriblər. 10 gün ərzində rolikə 322 min dəfə baxıblar. Ondan öncəki rekordsmen cəmi 66 qram acı istiot yeyə bilmişdi. Streyl eyni zamanda ən çox yemək üzrə də rekordun sahibidir.

 

O, cəmi 3 dəqiqə ərzində 642.12 qram toyuq yeməyə müvəffəq olub. Bu isə ondan öncəki qalibin göstəricisindən 110 qram çoxdur.

 

Sonxeberler-info

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN