SON DƏQİQƏ

Suriyalı oğluna Vladimir Putin adı verdi

Tarix:11-05-2017, 01:39

Suriyanın Tartus şəhərində dünyaya gələn oğlan uşağına Vladimir Putin adı verilib.

 

Bu barədə Livan telekanalı “Əl-Cadid” xəbər verib. Suriyada hərbçi olan uşağın atası isə deyib ki, bu seçiminin səbəbi Putinə olan minnətdarlığıdır. Belə ki, Putin onun ölkəsinə terrorizmlə mübarizədə yardım edib. Yeni doğulan körpənin səhhəti yaxşıdır. Valideynləri onu Rusiya bayrağına büküblər və şəkilləri də Facebook vasitəsilə bütün dünyaya yayılıb. 2016-cı ilin avqustunda Vladimir vilayətindən olan ailə öz oğlunun adını Putin olaraq dəyişdirib. Valideynlər bildiriblər ki, onlar Misirdən olan jurnalist-tərcüməçidən bu məsələdə nümunə götürüblər. Sonuncu 2 ay öncə yeni doğulan uşağına bu adı vermişdi.

 

Rusiyanın Suriyada apardığı hərbi əməliyyatlar 2015-ci ildə başlanıb.

 

Sonxeberler.info

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN