Gənclərin iş həyatına girmədən cib xərcliyini çıxarmaq üçün qarsonluq və ya asistentlik etməsi əslində normaldır. Amma 20 yaşındakı Aleks Maçeres üçün durum çox fərqlidir. Özünü bir havaçılıq aşiqi olaraq tanıdan Maçeres bir çox insanın təcrübədən keçirmək üçün pul verdiyi bir işi görərək pul qazanır. Bu işin adı First Classda uçaraq dünyanı gəzməkdir.
Maçeresin peşəsi nədir, bilirsizmi? Hava yolu şirkətlərinin yeni aldıqları ya da iç məkanı yeni dizayn edilən təyyarələrin first, business və ekonimi kabinlərinin komfortunu alıcısına təslim edilmədən öncə test etməkdir. Üstəlik bu uçuşlar test məqsədli olduğundan adətən də təyyarənin tək sərnişini olur. “Business Insider”ə açıqlaqma verən Maçeres deyib ki, onun peşəsi havaçılıq mütəxəssisidir.
14 yaşından bu günə qədər BBC, Sky News və CNN kimi bir çox beynəlxalq media qurumlarına açıqlama verib: “İçimdə səyahət etmə virusu ilə doğulmuşam. Hələ balaca uşaq olanda əlimlə göy üzünü göstərdiyim videolar var. Halbuki ailəmdə də havaçılıqla məşğul olan heç kim yoxdur”.
Hələ 16 yaşı olanda Sky News-la sözləşmə imzalayaraq, buranın ştatlı yorumçusu olub. Peşəsinə daha çox vaxt ayırmaq üçün də məktəbinə yarı zamanlı davam etməyə qərar verib. Maçeres litseyi qurtaran kimi təhsil həyatına son verib və havaçılıq sektorunda tam ştatlı olaraq işləməyə başlayıb. İndi isə təyyarə istehsalçıları ilə təyyarələrin təslimatından öncəki test mərhələsində birlikdə çalışırlar.
Maçeres alıcıya təslim edilmədən öncə bütün kabinlərdə oturacaqların və kabinin konfort səviyyəsini, sərnişinlərə təqdim etdiyi bəzi xidmətləri testdən keçirir. Gənc adam səyahət etmədiyi vaxtlarda isə havaçılıq sektoru ilə bağlı son yenilikləri təqib edir və ya sosial media vasitəsilə təqibçilərinin suallarını cavablandırır.
Sonxeberler.info