SON DƏQİQƏ

Putin “KQB”dəki keçmiş rəisini təəccübləndirdi

Tarix:8-05-2017, 15:30

Rusiya prezidenti Vladimir Putin 9 May Qələbə günü ərəfəsində 1980-ci illərdə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin ADR Dövlət Təhlükəsizliyi Nazirliyi yanında sabiq nümayəndəsi olmuş keçmiş rəisi Lazar Matveyevə baş çəkib.

Putin keçmiş rəisini 90 illik yubiley münasibətilə təbrik edib.

Putin Matveyevin evinə keçmiş həmkarları, hazırda “Transneft”in rəhbəri olan Nikolay Tokarev və “Rostex” şirkətinin rəhbəri Sergey Çemezovla birlikdə gedib. Rusiya prezidenti Matveyevi yubileyi və 9 May Qələbə günü münasibətilə təbrik edib, yubilyarın şərəfinə tost qaldırıb.

Putin Matveyevə hədiyyə olaraq Prezident saatı, həmçinin “Pravda” qəzetinin 1927-ci ildə nəşr olunmuş nüsxəsini təqdim edib.(azvision.az)

 

 

 

 

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN