SON DƏQİQƏ

9 yaşlı uşaq siqareti atdı, dərsləri ilə məşğul oldu

Tarix:27-04-2017, 07:33

Doqquz yaşlı indoneziyalı Aldi Rizal siqaret çəkməyi dayandırıb. Bundan sonra da o, arıqlayıb və dərslərinə diqqət etməyə başlayıb. Lenta.ru saytı “Daily Mail”ə istinadən xəbər verir ki, hazırda oğlan meyvə və tərəvəz yeyir, dördüncü sinifdə oxuyur və böyük uğurlar qazanıb. 

Rizalın dörd yaşı tamam olanda ölkə rəhbərliyi ona reabilitasiya kursu təşkil edib, onun nəticələrinə əsasən uşaq zərərli vərdişindən əl çəkib. Amma bununla belə uşaq siqaretə olan dərin marağını hiss edib, pizzadan və çəki artıran qidalardan əl çəkə bilmədiyini görüb. Uşağın valideynləri dietoloqa müraciət ediblər. Sonuncu da onlara genişhəcmli dietik rasio qidalanma müəyyənləşdirib. Rizal 2010-cu ildən etibarən sosial şəbəkəyə meyl etməyə başlayıb. 2 yaşlı uşağın damağında siqareti ilə şəkilləri uzun müddət internetdə yer aldı. Sumatra adasındakı kəndlərdən birinin sakini isə gündə 40 ədəd siqaret çəkirdi. Həmin vaxt o, üçtəkərli velosipeddə əylənən yaşda imiş.

2015-ci ilin aprelində digər indoneziyalı Dixan Avalidan barədə də məlum olmuşdu. Həmin vaxt o, gündə çəkdiyi siqaretlərin sayını 16-ya qədər azaltmışdı. Uşaq bu zərərli vərdişi 3 yaşında qazanıb. Onun valideynləri deyiblər ki, həmin vaxt uşaq gündə 3 qutuya qədər siqaret çəkə bilərmiş.

 

Sonxeberler.info

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN