SON DƏQİQƏ

Oğru mağazaya tavandakı deşikdən girib və... orda qalıb

Tarix:27-04-2017, 07:37

Amerikanın Luiziana ştatındakı Yeni Orlean şəhərində oğru geyim mağazasına tavandakı deşikdən daxil olub, amma eyni yolla geri qayıda bilməyib. İnsident 17 apreldə baş verib. Hadisə barədə rolik mağazanın gizli kameraları tərəfindən qeydə alınıb.

 

Bu görüntülər də aprel ayının 23-də yerli polis idarəsinin YouTube kanalında yer alıb. Üç gün ərzində klipə 10 min dəfə baxılıb. Kadrlardan görünür ki, o, tavana çıxmaq üçün necə uğursuz şəkildə cəhd edir, bundan sonra isə başqa uğursuz vasitələrlə mağazanı tərk etməyə çalışır, amma buna müvəffəq olmur. Videodan da məlum olur ki, oğru mağazanın siqnalizasiya sistemini aktivləşdirib.

 

O, mağazanın ehtiyat qapısından qaçmalı olub.

 

Sonxeberler.info

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN