Pakistanın Gucranvala şəhərində yaşayan 50 yaşındakı Mehmood Butt 25 ildir yarpaq yeyir.
“New York Post”un xəbərinə görə, yemək almaq üçün pulu olmadığı üçün yarpaq yeməyə başlayan pakistanlı adam tapdığı iş sayəsində pul qazanmağa başlamasına baxmayaraq, yemək vərdişindən əl çəkə bilmir. Eşşek arabası ilə daşımaçılıq edərək gündə 661 Pakistan rupisi (12 manat) qazanan Butt özünü daim yarpaq yeyəndə “yaxalayır”.
Onun qonşusu Gulam Mohammad isə deyib ki, heç vaxt onun xəstələndiyini və ya həkimə getdiyini görməyiblər: “Bir insan illərdir yarpaqlarla bəslənib, necə xəstələnməz, anlamırıq”.
Sonxeberler.info