Qanadan olan 25 yaşlı tibb bacısı vitiliqo xəstəliyindən əziyyət çəksə də, uğurlu maneken olub. Vitiliqo qazanılmış xroniki xəstəlikdir. Bu xəstəliyin əsas simptomu xəstənin dərisində əmələ gələn ağ rəngdə ləkələrdir. Dəridə olan "melanin" adlı xüsusi piqmentin (məhz bu piqment bizim dərimizi adi normal rəngə "boyayır") azalmasına və ya yoxluğa görə, bu ləkələr adətən böyüməyə, bir biri ilə birləşməyə, yeni yerlərdə əmələ gəlməyə meyllidirlər. Ləkələrin ölçüləri, formaları və yerləşməsi hər bir xəstədə fərdidir.
Lenta.ru saytı xəbər verir ki, Enam Heykins adlı maneken jurnalistlərə deyib ki, 7 yaşı olanda onun dərisində rəngli ləkələr əmələ gəlməyə və artmağa başlayıb. Məktəbdə sinif yoldaşları onun qeyri-adi görüntüsünə lağ edib, onu aşağılamağa çalışırdırdılar: “Sinif yoldaşlarım mənim yanıma yaxınlaşmağa qorxurdular ki, birdən onlar da yoluxarlar”
Enam böyüyəndə də bu problem aradan qalxmayıb. Ona şəxsi həyatını yoluna qoymaq müəssər olmayıb. Sevgililəri utandıqları üçün heç vaxt onunla adam arasına çıxmazdılar: “Mən dəhşətli dərəcədə yorulmuşdum. Amma beş il öncə qərar verdim ki, bütün hallarda bu durumdan qurtulmaq lazımdır”.
Qız o nəticəyə gəlib ki, xarici görünüşü ilə barışmalı və bu xəstəliyə görə narahat olmağa son verməlidir.
Enam tibb bacısı təhsili alanda, vitiliqo konfransına gedib. Orada model agentliyinin nümayəndələri ona diqqət ediblər və qızı moda jurnallarının çəkilişlərinə çağırıblar.
Sonxeberler.info