SON DƏQİQƏ

Dünyanın ən uzun bilyard çubuğunun sahibi - 537 santimertlik rekord

Tarix:24-04-2017, 15:59

Fransalı bilyardçı Florian Koler dünyanın ən uzun bilyard çubuğuna görə Ginnesin Rekordlar Kitabına düşüb.

 

Bu barədə lenta.ru saytı xəbər verir. Las-Veqas şəhərində keçirilən tədbirdə idmançı 537 santimetr uzunluğu olan bilyard çubuğunu nümayiş etdirib. Ona bu çubuğu sponsoru, yapon firması MEZZ hazırlayıb. O, çubuğun uzun olmasına baxmayaraq, onunla məharətli vuruşlar edə və 8 şarı bilyard masasındakı deşikdən keçirə bilib. Ginnesin Rekordlar Kitabının təmsilçiləri etiraf ediblər ki, beş metrlik alət dünyanın ən böyük bilyard çubuğudur. Normal bilyard çubuğunun uzunluğu 160 santimetrdir.

 


Bundan sonra Koler bilyardla bağlı daha beş dünya rekorduna imza atıb. Ginnesin Rekordlar Kitabının hesablamasına görə, o, bir dəqiqə ərsinzə 70 şarı bilyard masası dəliyndən keçirə bilib.

 

 

Sonxeberler.info

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN