SON DƏQİQƏ

Gürcüstan prezidentinin qaynı 4 il müddətinə azadlıqdan məhrum edilib

Tarix:24-04-2017, 17:11

Tiflis şəhər məhkəməsinin qərarı ilə Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin qaynı Mixail Mqaloblişvili 4 il azadlıqdan məhrum edilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, xəbəri Gürcüstanın İctimai Televiziyası yayıb.

M. Mqaloblişvili qanunsuz silah əldə etmə və saxlamaqda günahlandırılır. O artıq 4-cü aydır həbsdədir.

Qeyd edək ki, Gürcüstanın birinci xanımı qardaşının məhkəmə prosesində iştirak edib.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN