Сəsədləri mumyalamaq qədim Misir tarixindən öncələrə də aiddir. Qədim Misirdə mumyalama prosesi insana və onun tutduğu vəzifələrə görə aparılırdı. Fironlar mumyalanan zaman daxili orqanları və beyni ehtiyatlı şəkildə çıxarılırdı.
Ən önəmli bədən üzvü isə fironların burnu idi. Fironun burnunun zədələnməməsi üçün ustalar xüsusi diqqətlə işləyirdi.
Sıradan insanlar isə adi qaydada mumyalanırdı. İç orqanları və beyni olduğu kimi qalırdı. Burnunun zədələnməsinə belə, diqqət göstərilmirdi.
Qədim misirlilər ölən adamın ruhunun geri dönəcəyinə və geri döndüyündə bədənin hazır olacağına inanırdı. Yaxın tarixdə qədim misirlilər kimi ölüləri dəfn etmədən öncə mumyalanan cəsədlər də olub.
Sonxeberler.info Monqolustanda dəfn olunan 1500 illik qadın mumyası haqqında maraqlı faktları təqdim edir.
Parçaya bükülmüş və Türk qadınına aid olduğu söylənilən mumya Orta Asiyada tapılan ilk Türk məzarıdır. Məzarın içərisində mumyadan əlavə qəsdən öldürülmüş bir atın skeletinin qalıqları da aşkar edilib. Dəfn olunan qadının o dövrün soylu ailəsindən olmadığı da aşkar edilib. Çünkü o zamanlarda soylu ailələrin cəsədləri silahları ilə birlikdə dəfn edilirdi. Lakin bu qadının məzarında at sümüyünün qalıqlarından başqa heç bir izə rast gəlinməyib.
Mumya ilə əlaqəli daha bir ilginc fakt var. İlginc fakt qadının ayağında aşkar edilən ayaqqabının üzərindəki işarənin günümüzdə bütün dünyanın mallarından istifadə etdiyi ADİDAS firmasının loqosuna bənzəməsidir.
Mumya kəşf olunduqdan sonra Türkiyədən də arxeoloqlar Monqolustana getdi. Araşdırma aparan Türk mütəxəssislər də bu bənzərliyi təsdiq edib. Lakin onlar bunun Adidas firmasının loqosu ilə heç bir əlaqəsinin olmadığını söyləyib. Onlar bunun ayaqqabının iplərinin çürüməsi və naxışların bəzi hissələrinin pozulması nəticəsində meydana gəldiyini deyib.
Mumyalar haqqında araşdırmalar hələ də davam edir. O dövrdə insanların bunu hansı şərtlərdə bacardıqları dünya arxeoloqlarına hələ də qaranlıq qalan məqamlardandır.

