SON DƏQİQƏ

Qırışları yox edən “ikinci dəri” yaradıldı

Tarix:14-04-2017, 07:12

Alimlər insanları cavanlaşdırmaq üçün yeni krem icad ediblər. Polimlərdən əldə edilən krem dəriyə sürtüləndə ikinci bir dəri kimi qoruyucu təbəqə təşkil edir. Alimlər qadınların qorxulu röyası olan qırışlara qarşı insan dərisini təqlid edən və dəri üzərində “ikinci bir dəri” təşkil edən krem yaradıb.

Harvard Universiteti Tibb Fakültəsi və MİT (Massachusetts Institute of Technology) araşdırmaçıları tərəfindən hazırlanan polimer krem üzə vurulandan sonra quruyub dəri üzərində elastik bir “ikinci dəri” yaradır. Laboratoriyada silikon və oksigen molekulları tətbiq olunaraq hazırlanan polisiloksan polimerdən hazırlanan krem qırışan dərini toparlamaq və göz altındakı torbaları yox etmək üçün istifadə olunur. Krem kosmetika sahəsindəki istifadəsi ilə yanaşı, dermativ və sədəf xəstəlikləri dəri narahatçılıqlarının müalicəsində də tətbiq olunur. Bu zaman dərman birbaşa dəriyə verilirsə, onun qorunmasına da yardım edir. Krem suya davamlıdır və 24 saat xarab olmadan dərinin üstündə qala bilir. 

Araşdırmaçılar hazırladıqları məhsulu könüllülər üzərində, xüsusən də göz altı torbacıqları, qol və ayaq hissələrində sınaqdan keçirdi və uğurlu nəticələr aldı. Kremin lazımlı icazəsi alınandan sonra yaxın illərdə bazara çıxarılacağı gözlənilir.

 

Sonxeberler.info

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN