Parisdə turistlərlə davranış qaydaları barədə dərslik dərc edilib.
Məqsəd yerli ofisiantların, taksi sürücüləri və otel əməkdaşlarının turistlərlə kobud, normadan kənar davranışlarının qarşısını almaqdır. Lenta.ru Reuters agentliyinə istinadən xəbər verir ki, Fransanın paytaxtında hər şey gözəl olsa da, turistlərə münasibət arzuedilməz səviyyədədir. Dərslikdə qeyd edilib ki, britaniyalılar öz adları ilə çağırılmaqdan xoşlanırlar, italyanlarla əllə görüşmək lazımdır, amerikanlara isə hər hansı xidmətin haqqını dəqiq demək lazımdır. Daha çox alış-verişə meylli olan çinliləri isə sadəcə gülüş və öz dillərində salamlama məmnun edir.
Maraqlıdır ki, parisliləri mədəni olmağa öyrətmək cəhdləri daha öncə də olub. 2007-ci ildə şəhərin turizm departamenti taksi sürücüləri, ofisiantlar üçün buna bənzər broşürlar dərc etsə də, bu, nəticə verməyib.
Sonxeberler.info