SON DƏQİQƏ

28 saat işləyən həkim koridorda yatıb qaldı

Tarix:11-04-2017, 07:17

Çində həkimlərin iş rejimi həddən artıq ağırdır. Belə ki, Surgeon Luo Heng 28 saatlıq iş günündə 5 cərrahiyyə əməliyyata girib.

 

Bu uzun və yorucu günün ardınca Heng xəstəxana koridorunda, yerdəcə yatıb. Yatılı vəziyyətdə olan fotosunu dostlarından biri çəkib və sosial şəbəkədə paylaşıb. Çinlilər bu faktı həkimin fədakarlığı kimi qiymətləndiriblər və şəkildən sonra Hengə sosial şəbəkədə gözəl şərhlər yazılıb. Yayılan fotoların sırasında Henglə eyni rejimdə, 30 saata qədər fasiləsiz çalışan tibb personalının əməliyyat otaqlarında, yerdə, şəraitsiz vəziyyətdə yatmağa çalışdığı fotolar da yer alıb.

 

Bu, çinli həkimlərin pozulan hüquqları kimi xarakterizə olunsa da, vətəndaşlar tərəfindən olduqca yüksək qiymətləndirilib.

 

Sonxeberler.info

unnamed (2).jpg (11 KB)

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN