Böyük Britaniyadan olan kolleksiyaçı Nik Mid sovet tankı olan T-54-də 5 qızıl külçə tapıb. Onun ümumi dəyəri isə 2.5 milyon dollar olaraq hesablanıb. Bu barədə “The Sun” qəzeti yazıb. 55 yaşlı Mid internet auksion e-bayda bu tankı 37 min dollara satın alıb.
Qızıl külçələri isə tankın yanacaq çənində tapıb. O, mexanik Tod Çemberlenlə birgə tankı araşdıran zaman bu qızıl külçələr qəfil üzə çıxıb. Kolleksioner o qədər təəccüblənib ki, dərhal polisə bu barədə xəbər verib. Sonuncu isə ondan qızılı təhvil alıb. Britaniyalı isə mediaya açıqlamasında bunu deyib: “Ola bilər ki, mən qızılı geri ala blməyim. Amma yenə də gözəl tankım məndə qalacaq”.
Nikin aldığı T-54 tankı İraqa məxsusdur və 1990-1991-ci illərdə Fars körfəzindəki müharibədə istifadə olunub.
Sonxeberler.info